Dalaşanları ayıran kişini butulka ilə vurdular


Kriminal 09 Fev 2018 08:27:00 303 0

Dalaşanları ayıran kişini butulka ilə vurdular

Gədəbəydə döyülmə faktı qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Avtovağzal yaxınlığında dönərxanada işləyən 1989-cu il təvəllüdlü Abdullayev İbrahim iki nəfər dalaşarkən onları ayırmaq istəyən zaman onun başına şüşə butulka ilə zərbələr vurulub.

İ. İbrahimov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.