Bakıda evə gec gələn qadın əri tərəfindən bıçaqlanıb


Kriminal 09 Fev 2018 08:33:00 328 0

Bakıda evə gec gələn qadın əri tərəfindən bıçaqlanıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1995-ci il təvəllüdlü Piriyeva Səbinə Valeh qızı kirayə yaşadığı evdə əri ilə mübahisə edib.

Əri ona evə gec gəldiyi üçün iradını bildirib. Mübahisə zəminində S.Piriyeva bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.