36 yaşlı qadın bıçaqlanıb


Kriminal 09 Fev 2018 08:38:00 348 0

36 yaşlı qadın bıçaqlanıb

Şirvan şəhər xəstəxanasına bıçaq xəsarəti ilə 36 yaşlı qadın daxil olub.

Son.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhərində məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Eldar qızı bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş diaqnozu qoyularaq əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır. Bəzi məlumatlara görə, qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı ehtimal olunur.