26 ölkədə aclıqla mübarizəyə bir milyard dollardan artıq vəsait tələb olunur


Dünya 09 Fev 2018 08:22:00 478 0

26 ölkədə aclıqla mübarizəyə bir milyard dollardan artıq vəsait tələb olunur

Münaqişələrin, eləcə də dünyada iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin fonunda aclıqdan əziyyət çəkən insanların sayı artır.

Son.az Trend-ə istinadən bildirir ki, aclıqdan əziyyət çəkən insalara kömək etmək üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) donorlardan 1,06 milyard dollar istəyib.

Təşkilatda ümid edirlər ki, bu məbləğ 26 ölkədə 30 milyondan çox insanı ərzaqla təmin etmək üçün kifayət olacaq.