Nazirlik: Köçürülməsinə icazə verilən tələbənin bundan imtina etmə haqqı ləğv edilib


Digərləri 09 Fev 2018 08:07:00 568 0

Nazirlik: Köçürülməsinə icazə verilən tələbənin bundan imtina etmə haqqı ləğv edilib

Bu ildən etibarən hər hansı ali məktəbə və ya ixtisasa köçürülməsinə icazə verilən tələbənin sonradan bundan imtina etmək haqqı ləğv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S.Gözəlovun sözlərinə görə, əgər tələbə www.transfer.edu.az portalına müraciət edib köçürülürsə, bununla bağlı Təhsil Nazirliyi tərəfindən əmr verilir. Bu əmrin bir nüsxəsi tələbənin təhsil aldığı müəssisəyə, biri isə köçürüldüyü ali təhsil müəssisəsinə göndərilir: "Proses bununla rəsmiləşdirilir. Bunu geriyə qaytarmağa isə bu ildən icazə verilmir. Bu barədə tələbələrə də xəbərdarlıq edilib".

S.Gözəlov bildirib ki, bu il tələbə köçürmələri ilə bağlı edilən müraciətlərin sayı ötən illə müqayisədə kifayət qədər artıb.