Meksikada restorana silahlı hücum nəticəsində 6 nəfər ölüb


Dünya 09 Fev 2018 06:34:11 244 0

Meksikada restorana silahlı hücum nəticəsində 6 nəfər ölüb

Daha bir neçə nəfər yaralanıb

Meksikanın Tlakepake şəhərində (Halisko ştatı) restorana silahlı hücum olub. Atışma nəticəsində azı 6 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli "Televisa" telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, hücumda azı 12 nəfər iştirak edib.

Polis onların axtarışına başlayıb. Cinayətkarları "isti izlər"lə tutmaq mümkün olmayıb. Bununla belə qeyd olunur ki, hadisə qurbanları və yaralılar da silahlı olublar.

Mümkün münaqişənin səbəbləri hələ ki, məlum deyil.