Rusiyada qılıncdişli maral ilk dəfə videoya düşüb - VİDEO


Sosial 09 Fev 2018 06:09:55 268 0

Rusiyada qılıncdişli maral ilk dəfə videoya düşüb - VİDEO

Bu, Primorskidə yaşayan dırnaqlıların ən qeyri-adi növüdür

Rusiyanın Primorski diyarının "Bəbir torpağı" milli parkında ilk dəfə olaraq qılıncdişli maral fototələ vasitəsi ilə qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə parkın mətbuat xidməti məlumat yayıb.

Maralların bu növü Primorskidə yaşayan dırnaqlıların nümayəndələrindən ən qeyri-adisidir.

"Bu növün erkək nümayəndələri qılıncvari çıxıntıdan qovma zamanı dişi marallar uğrunda mübarizədə istifadə edirlər. Bəzən yara o qədər ciddi olur ki, məğlub olan maral ölür", - deyə milli parkın elmi işçiləri bildiriblər.

Buna baxmayaraq, maral yalnız bitkilərlə qidalanır. Kabarqaların milli parkda sayı o qədər də çox deyil.