Amerikalı alimlər "qatil" köpək balıqlarının sürətinin sirrini açıblar


Dünya 09 Fev 2018 03:51:49 330 0

Amerikalı alimlər "qatil" köpək balıqlarının sürətinin sirrini açıblar

Mako köpək balıqları 60 km/saat sürət yığmağa və 6 metr hündürlüyə tullanmağa qadirdirlər

Mako köpək balığı yırtıcı okean sprinteridir. O, saatda 60 kilometr sürət yığmaq və 6 metr suyun üzərinə tullanmaq iqtidarındadır və bu, heç bir şikar üçün sağ qalmaq şansı buraxmır.

“Report”un xəbərinə görə, Amerikanın Harvard Universitetinin alimləri aşkar ediblər ki, onun sürət sprintinin sirri dərisi üzərindəki xırda dişçiklərdir.

Köpək balığının məhz dişli dərisi onun eyni zamanda qalxma gücünü artırır və suyun müqavimətini azaldır.

Bu yırtıcıların dərsinin hamar olduğu görünsə də, əslində xırda pulcuq-dişciklərlə örtülüb. Fizik və bioloqlar uzun müddət belə bir dəri örtüyünün su müqavimətini necə azalda biləcəyininin marağında idilər.

Məlum olub ki, dişli pulcuqlar əslində ağırlıq qüvvəsinə qarşı olan normal reaksiya (qaldırıcı qüvvə) gücünü artırır.

Harvard Universitetinin alimləri 3D-printerin köməkliyi ilə dişli pulcuqlar modeli yradıblar və su axınında onların akvadinamik xüsusiyyətlərini sınaqdan keçiriblər.