Bakıda evə gec gələn qadın əri tərəfindən bıçaqlanıb


Sosial 09 Fev 2018 00:17:11 256 0

Bakıda evə gec gələn qadın əri tərəfindən bıçaqlanıb

Hadisəni törədən şəxs saxlanılıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Piriyeva Səbinə Valeh qızı kirayə yaşadığı evdə əri ilə mübahisə edib.

Əri ona evə gec gəldiyi üçün iradını bildirib. Mübahisə zəminində S.Piriyeva bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.