Xızıda 9 ədəd partlamamış hərbi sursat aşkarlanıb FOTO


Digərləri 08 Fev 2018 23:32:00 331 0

Xızıda 9 ədəd partlamamış hərbi sursat aşkarlanıb  FOTO

Nəticə etibarilə 787 000 kv.m ərazi yoxlanılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Son.az-a verilən məlumata görə, fevralın 8-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (PHS), 72 ədəd partlamış-yanmış mərmi qalıqları və 177 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 787 000 kv.m (78.7 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 130 gün ərzində 25 829 ədəd partlamamış hərbi sursat (PHS), 20 150 ədəd partlamış-yanmış sursat qalıqları və 105 117 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 100 240 706 kv.m (10 024 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.


Xəbərə aid fotolar