Dünyanın ən bahalı dərmanı –


Digərləri 08 Fev 2018 22:55:00 324 0

Dünyanın ən bahalı dərmanı –

Luxturna dünyanın ən bahalı dərmanı sayılır.

Son.az medicina.az-a istinadən bildirir ki, preparat o qədər innovasion olub ki, şirkət onun 1 dozasını 1 milyon dollara satmağı düşünüb. Qeyd olunur ki, Luxturna pasiyenti dünyanın ən ağır və müalicə olunmayan xəstəliyindən - genetik irsi korluqdan qurtara bilər. İnsanın genetik aparatına təsir edən dərman həqiqətən də irsi olaraq görməni itirən insanın görmə qabiliyyətini az da olsa bərpa edir. ABŞ-da bu diaqnozla 2000 insan yaşayır. Dünyada isə sayı daha çoxdur. Hər gözə 2 ampul tələb olunur, 2 ampul isə birlikdə 850 min dollardır.   Amma mütəxəssislər acgöz farmaseptika şirkətlərini həddindən artıq baha qiymət qoymaqda günahlandırır. Yeni gen terapiyası dərmanları bundan sonra daha aktual olacaq, amma qiymətlər o həddədir ki, simic sığorta şirkətlərinin pasiyentlər üçün belə dərmanlara pul xərcləyəcəyi real görünmür.