Həzrət Adəmdən əvvəl insanlar olubdurmu?


Digərləri 08 Fev 2018 22:10:00 323 0

Həzrət Adəmdən əvvəl insanlar olubdurmu?

Bəzi hədislər bizə Həzrət Adəmdən (ə) əvvəl yaşayan insanlar barəsində məlumat verir. Belə ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Yəqin ki, siz güman edirsiniz ki, Allah Təala sizdən başqa bəşər yaratmamışdır. Xeyr, belə deyildir. Bəlkə minlərlə insan yaratmışdır ki, siz onların axırıncı nəslisiniz".

İmam Baqir (ə) buyurur: "Allah Təala yeri yaradan zaman onda yeddi aləm xəlq etmişdir ki, o aləmlərdən heç biri Adəmin (ə) nəslindən olmamışdır. Allah Təala onların hamısını yer üzündə xəlq etmişdir və bir nəsli o biri nəsildən sonra icad etmişdir. Bir aləmdən sonra başqa aləmi yaratmışdır, ta axıra qədər ki, Adəmi (ə) xəlq etmişdir".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Əli (ə) buyurur: "O zaman ki, Allah Təala iradə edir ki, Öz qüdrəti ilə məxluq xəlq etsin, bu məsələ cin ilə nasnasın xəlqindən yeddi min il sonra yer üzündə olmuşdur. O zaman Allah səmanın təbəqələrindəki pərdələri götürdü və mələklərə buyurdu: "Yerə baxın və cindən, insdən olan onun əhlini görün". O zaman ki, baxdılar, onların günah əməllərini gördülər və onlar üçün çox çətin oldu. O zaman dedilər: "Allahım! Sən əziz və qadirsən. Onlar Sənin zəif xəlqindir ki, Sənin ruzinlə yaşayırlar. Ancaq Sənə itaətsizlik və günah edirlər. Sən onlardan intiqam almırsan".

Allah onların sözünü eşidən zaman buyurdu: "Mən istəyirəm ki, yer üzərində canişin qərar verəm ki, Mənim yer üzərindəki hüccətim olsun".

Mələklər deyirlər: "Sən ondan paksan ki, yer üzündə elə bir mövcud yaradasan ki, cinlər kimi fəsad törətsinlər və qan töksünlər. Ona görə də bu xəlifəni bizdən qərar ver, çünki biz Sənə itaətsizlik və günah etməmişik və Səni sitayişlə təsbih edirik".