Azərbaycanda daha bir gəlin evdən qaçdı FOTO


Digərləri 08 Fev 2018 21:41:00 366 0

Azərbaycanda daha bir gəlin evdən qaçdı  FOTO

Qusarda 29 yaşlı qadın itkin düşüb.

Son.az teleqraf.com-a istinadən bildirir ki,Qusar rayonunun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

R .Mehdiyevanın əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, yumru sifətli, şabalıdı uzun saçlı, gözlərinin rəngi qəhvəyi, sol yanağında xal vardır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbərə aid fotolar