Evdə dərmanları necə saxlamalı? VİDEO


Digərləri 08 Fev 2018 21:23:00 468 0

Evdə dərmanları necə saxlamalı?  VİDEO

Evdəki dərmanlar təyinatına uyğun saxlanılmır. Kimi dərman preparatlarını soyuducuda, kimi isə mətbəxdə saxlayır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əslində isə apteklərdən alınan dərmanlar təyinatına uyğun temperaturda və tibbi yardım çantasında saxlanılmalıdır. Ev şəraitində dərmanları xüsusi qabda və temperaturda saxlamaq tövsyə olunur. Əvvəllər dərmanlar üçün bir çox evdə ilkin tibbi yardım çantası olsa da, zamanla buna təlabat azalıb. Səhiyyə Nazirliyinin Analitik Tibbi Ekspertiza Mərkəzinin laboratoriya müdiri Çingiz Şükürov deyir ki, bir çox hallarda insan dərmanların üzərindəki saxlama qaydalarını nəzərə almır. Dərmanların bu şəkildə saxlanılmasının çox ağır fəsadları ola bilər. Mütəxəssislər dərmanın üzərində qeyd olunan temperatura baxıb, buna uyğun saxlamağı məsləhət görürlər.


Xəbərə aid video