Tarix müəllimi tarix dərsliklərində səhvlər aşkarlayıb VİDEO


Digərləri 08 Fev 2018 21:26:00 268 0

Tarix müəllimi tarix dərsliklərində səhvlər aşkarlayıb  VİDEO

Sabirabadda tarix müəllimi işləyən Musa Ələkbərov "Azərbaycan tarixi" dərsliyində səhv aşkarlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 7-ci sinif "Azərbaycan tarixi"ndə Bərdənin VII əsrdə Albaniyanın paytaxtı olduğu, 10-cu sinif "Azərbaycan tarixi"ndə isə V əsrdə paytaxt olduğu yazılıb. Məsələ burasındadır ki, 6-cı sinif "Azərbaycan tarixi"ndə isə ümumiyyətlə Bərdənin adı çəkilmir. 10-cu sinif "Azərbaycan tarixi" dərsliyinin müəlliflərindən biri olan Kamran Əsədovun sözlərinə görə, bu, ilk belə fakt deyil. 6-9-cu sinif Azərbaycan tarixləriylə 10-cu sinif "Azərbaycan tarixi" arasında 82 fakt üst-üstə düşmür. Hətta burada dövlətlərin yaranması, döyüşlərin keçirildiyi vaxt kimi ciddi nöqsanlara yol verilib. Musa Ələkbərovun iddia edir ki, əvvəlki müəlliflər faktın səhv olduğunu bilə-bilə onu kütləvi narazılıq olmasın deyə dəyişmirdi. Məhz bu səbəbdən də dərsliklər illərdir səhv tarixlə çap olunurdu.

Musa Ələkbərov qəbul imtahanında 10-cu sinif "Azərbaycan tarixi"ndə əks olunan faktların əsas götürüləcəyini deyir. Təhsil Nazirliyindən verilən məlumata görə, dərsliklər müəlliflərin ixtiyarına verilib. Bu məsələylə bağlı söz haqqı da onlara məxsusdur.


Xəbərə aid video