Möminlər birbirləri ilə küsülü qala bilərmi?


Digərləri 08 Fev 2018 21:10:00 264 0

Möminlər birbirləri ilə küsülü qala bilərmi?

Həzrət Peyğəmbər (s) buyurur: "İki müsəlman ki, bir-biri ilə küsər və ya qəzəblənər, bir-birindən uzaqlaşar - əgər üç gün belə olarsa və bir-biri ilə barışmazsalarsa - İslamın dairəsindən (müsəlmanlıqdan) çıxmış olarlar. Onlardan hansı ilk barışmaq üçün danışarsa, Qiyamət günü daha tez behiştə daxil olacaqdır".

Bu hədisdən də göründüyü kimi, müsəlman bir-biri ilə üç gündən çox küsülü qala bilməz.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "İki insan ki, bir-birindən küsmək üzündən ayrılar, onlardan biri lənətə layiq olar. Ola bilsin ki, ikisi də layiq olsun".

Bir nəfər soruşur: "O kəs ki, məzlumdur, niyə lənətə layiq olur?".

Həzrət Sadiq (ə) buyurur: "O, niyə qardaşını barışmağa dəvət etmədi və ilk (barışmaq üçün) danışmadı? Atamdan eşitmişəm ki, buyurub: "Nə zaman iki nəfər bir-biri ilə dava edər və onlardan biri küsər, o kəs ki, məzlumdur gərək o birisinin yanına gəlib desin: "Ey qardaşım! Təqsir məndədir və mən zülm etmişəm" - o zamana qədər ki, dava aralarından gedər. Həqiqətən, Allah Adil Müdrikdir. Zalımdan məzlumun haqqını alacaqdır"".

İmam Baqir (ə) buyurur: "Allah rəhmət etsin o kəsə ki, bizim iki dostumuz arasında ülfət yaradar. Ey möminlər dəstəsi! Çalışın bir-birinizlə mehribanlıq edəsiniz!".

Küsməyin gətirdiyi pis nəticələr: