Körpəsini əmizdirən ana küçədə südünü satmağa məcbur olub


Digərləri 08 Fev 2018 21:11:00 298 0

Körpəsini əmizdirən ana küçədə südünü satmağa məcbur olub

Çində gənc ana xəstə körpə qızının müalicə xərclərini ödəmək üçün öz südünü küçədə satışa çıxarıb.

Miaopai video vebsaytında yerləşdirilmiş videoda körpə əmizdirən ana və onun əri izah ediblər ki, intensiv müalicə şöbəsində yerləşdirilmiş uşaqlarından birinin müalicə xərclərini qarşılamaq üçün onlara azı 100,000 yuan (təxminən $15875) pul yığmaq lazımdır.

Video Çinin Quandun şəhərinin Şencen Uşaq parkında çəkilib.

Körpə əmizdirən ana bildirib ki, pulu tez bir zamanda yığmalı olduğundan südünü satmaq qərarına gəlib, çünki əkiz qızlarından birinin Şencen hospitalında intensiv müalicə kursuna ehtiyacı var.

Onun əri izah edib ki, onların hospitala "yüz minlərlə yuan" məbləğində borcu var və həkimlər bildirib ki, uşaq sağalandan sonra ailə ən azı "100,000 yuan" ödəməyə hazır olmalıdır.

Fotonun müəllifiPEAR VİDEOImage captionŞencen mediası qadının kimliyinin təsdiqləndiyini və bu əhvalatın gerçək olduğunu bildirib.

Son vaxtlar Çində yerli tibbi mərkəzlər pasiyent axınının öhdəsindən gələ bilmədiyinə, insanlar uzun növbələrdə gözləyə bilmədiklərindən həkimin qəbuluna düşmək üçün əlavə pul ödəməli olduğuna görə tənqid olunur.