Azərbaycanlı aktrisa əsəbləşdi: "Onları Allahın ixtiyarına buraxıram" FOTO


Kriminal 08 Fev 2018 21:01:00 272 0

Azərbaycanlı aktrisa əsəbləşdi: "Onları Allahın ixtiyarına buraxıram"  FOTO

Aktrisa Ülviyyə Xəlilbəylinin Son.az-a müsahibəsi.

- Ülviyyə, bir neçə serialda çəkilirsiniz. "Vicdan haqqı" serialında Nərgiz, "Qız atası" serialında isə Mədinə obrazlarını oynayırsınız. Bəs, əslində, Ülviyyə kimdir?

- Ülviyyə Xəlilbəyli zəhmətkeş, sadə, sadiq, öz üzərində çalışan bir insandır.

- Kimə sadiqsiniz?

- Dostluğda, bir sözlə hər şeydə sadiqəm.

- Sizə sadiq olmayan adamlar olub həyatınızda?

- Bəli, olub.

- Bəs onları necə cəzalandırırsınız?

- Onları Allahın ixtiyarına buraxmışam.

- Sizin kimi gözəl, işini bacaran xanım aktrisalar çoxdur. Siz özünüzü uğurlu aktrisa sayırsınızmı?

- O üzrə addımlayıram, amma özümü, hələ ki, tam uğurlu aktrisa heab etmirəm.Ola bilər ki, yaxşı yerdəyəm, amma bundan da yaxşı yerdə ola bilərəm.

- Bəs sizin üçün uğurlu aktrisa kimdir?

- Mən istədiyim pillədə olan birisi yoxdur.

- Deməli, azərbaycanlı aktrisalar Ülviyyəni qane etmir?

- Xeyr, qane etmir başqa şeydir. Siz dediniz ki, pillə, tutduğu yer. Hələ ora çatan olmayıb.

- İncəsənət universitetini bitirmisiniz?

- Xeyr, Rəssamlıq Akademiyasını bitirmişəm.

- Bəs necə oldu ki, aktrisa olmağa qərar verdiniz?

- Əslində, bu təsadüfən baş verib. Mən heç vaxt aktrisa olmaq istəməmişəm. 2010-cu ildə mən televiziyalardan birində teleaparıcı kimi çalışırdım. Prodakşın rəhbəri dedi ki, gəl səni aktrisa kimi çəkək. Mən, sözün düzü, istəmirdim. Dedim ki, bir dəfə sınayım da özümü, bəlkə məndə nə isə var bilmirəm? Elə oldu ki, çəkildim, o serialda da Ramin Hacıyevlə tanış oldum. Aktrisa kimi məni o kəşf etdi.


Xəbərə aid fotolar