"Qarabağ Vyana"dan daha bir transfer


İdman 08 Fev 2018 21:00:00 298 0

"Qarabağ Vyana"dan  daha bir transfer

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə cəlb edib. Goal.az xəbər verir ki, III liqada mübarizə aparan komanda Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş Emil Fərzəliyevlə müqavilə bağlayıb. "Qarabağ Vyana" 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, daha 7 futbolçunu ictimaiyyətə təqdim edib.

Emil Fərzəliyev əvvələr Litvanın “Panevejis” və Bakının “Neftçi” klublarının formasını geyinib. Azərbaycan millisinin sabiq üzvləri – Elvin Bədəlov və Dimtri Nağıyev də hazırda "Qarabağ Vyana"nın heyətində yer alıblar.