Həyat yoldaşını itirən "Moşu Göyəzənli" "Onsuz çox çətindir"


Kriminal 08 Fev 2018 20:40:00 373 0

Həyat yoldaşını itirən "Moşu Göyəzənli"  "Onsuz çox çətindir"

Hamımızın "Bəxt üzüyü" filmindən "Moşu Göyəzənli" obrazı ilə tanıdığımız xalq artisti Valeh Kərimov işsiz qalıb. O filmlərdən, seriallardan təklif almadığını deyir.

Son.az bildirir ki, pressclub.az-a danışan, aktyor deyir ki, işlədiyi Sumqayıt dövlət teatrından yaşı ilə əlaqədar çıxarılıb: "Hansısa filmə, seriallarda oynamağa dəvət etmirlər. Sənət adamı da belədir ki, işi ilə məşğul olmasa, darıxır. Mən də evdə oturmuşam, darıxmaqla məşğulam".

İki ilə yaxındır ki, həyat yoldaşı vəfat edən V.Kərimov qeyd edir ki, yoldaşının yoxluğu da onu incidir: "O mənim üçün dost idi, sirdaş idi. Mən yoldaşımın timsalında yaxın sirdaşımı itirdim. Onsuz çox çətindir. Nə bilim, Allah nə qədər ömür verib, onu yaşayacağıq. Başqa nə deyim...".