"Etihad Airways" və Pakistan Hava Yolları şirkətləri Azərbaycana uçuşlara başlayacaq


İqtisadiyyat 08 Fev 2018 19:28:14 322 0

"Etihad Airways" və Pakistan Hava Yolları şirkətləri Azərbaycana uçuşlara başlayacaq

"Azərbaycandan Monteneqroya birbaşa uçuşlara firmaların marağı böyükdür"

"Ötən il Azərbaycana İsraildən 15 min turist gəlib. 2018-ci ildə bu rəqəmin 50 min olmasını gözləyirik". 

Bunu "Report"a Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bir sıra aviaşirkətlər artıq Azərbaycana uçuşları artırmaq niyyətindədir: "Cənubi Çin Hava Yolları və İsrail Hava Yolları şirkətləri aktivləşməyə başlayıb. Yaxın vaxtlarda "Etihad Airways" və Pakistan Hava Yolları şirkətləri Azərbaycana uçuşlara başlayacaq.

Büro sözçüsü qeyd edib ki, Azərbaycandan Monteneqroya birbaşa uçuşlara firmaların marağı böyükdür: "Artıq 300-ə yaxın tur firması bunun üçün müraciət edib".

K.Quluzadə çarter reyslər üzrə aviaşirkətin hələlik müəyyən edilmədiyini deyib: "Bu, turoperatordan asılıdır. Bu, indiki halda "Pasha Holidays"dir. Düşünürəm ki, yerli aviaşirkətə üstünlük veriləcək".