Bilik Fondu icma rəhbərlərini mükafatlandırdı (FOTO)


Digərləri 08 Fev 2018 19:19:00 214 0

Bilik Fondu icma rəhbərlərini mükafatlandırdı (FOTO)

İcma rəhbərləri Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüblər.

Bakı. Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Bilik Fondunda icraçı direktor Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüblər. Bilik Fondundan Trend-ə verilən məlumata görə, O.Səmədov 2016-ci ildə "Multikulturalizm İli" və 2017-ci ildə "İslam Həmrəyliyi İli" çərçivəsində Azərbaycandakı tolerant mühitin təbliğat və təşviqatı istiqamətində həyata keçirdikləri uğurlu fəaliyyətə görə dini icma rəhbərlərinə minnətdarlığını bildirilib. Fondun icraçı direktoru udilərin yaşadıqları Qəbələ rayonunun Nic və Quba rayonunun Qırmızı qəsəbələrinin ev sahibliyi etdikləri müxtəlif məzmunlu tədbirləri xatırladaraq, həm “Cotari” Alban-udi kilsəsi, həm də "Altı gümbəz" sinaqoqunda həyata keçirilmiş layihələrə icma rəhbərlərinin yüksək səviyyədə dəstək verdiklərini diqqətə çatdırıb.