I Divizion klubundan növbəti transfer


İdman 08 Fev 2018 19:18:00 292 0

I Divizion klubundan növbəti transfer

I Divizion təmsilçisi "Sabah" qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb. Goal.az xəbər verir ki, Bakı klubu  Rusiyanın "Alaniya" klubunun yetirməsi sayılan Əziz Quliyevlə mövsümün sonuna kimi müqavilə imzalayıb. Cari mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən sol cinah müdafiəçisi "Karvan", "Neftçi", "Bakı", "İnter" (hazırkı "Keşlə"), "Tavriya" (Ukrayna) və "Kalev" (Estoniya) klublarında da forma geyinib. Vaxtilə U-21-in şərəfini qoruyan 30 yaşlı futbolçu,əsas milliyə də çağırılıb.