“Əsrarəngiz Misir nağılları” kitabı Azərbaycan dilində nəşr edilib


Sosial 08 Fev 2018 18:44:11 345 0

“Əsrarəngiz Misir nağılları” kitabı Azərbaycan dilində nəşr edilib

Kitabın redaktoru Salam Sarvandır

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Mərkəzlə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir nağılları” kitabı işıq üzü görüb.

Bu barədə "Report"a Tərcümə Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

Uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan kitab oxucularını sehrli Misir aləminə dəvət edir, ölkənin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssüratlar yaradır.

Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib.

Kitabın redaktoru Salam Sarvandır.