Bu qadını görənlər polisə müraciət etsinlər FOTO


Digərləri 08 Fev 2018 17:20:00 243 0

Bu qadını görənlər polisə müraciət etsinlər  FOTO

Qusar sakini bir neçə ay əvvəl itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Qusar rayonunun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R.Mehdiyevanın əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, yumru sifətli, şabalıdı uzun saçlı, gözlərinin rəngi qəhvəyi, sol yanağında xal vardır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.


Xəbərə aid fotolar