Möhtəşəm layihə reallaşır Azərbaycandan İrana ilk qatar yola salındı FOTO


Digərləri 08 Fev 2018 16:09:00 272 0

Möhtəşəm layihə reallaşır Azərbaycandan İrana ilk qatar yola salındı  FOTO

Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb

Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb.

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan) - Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Son.az-a verilən məlumata görə, bu gün Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir. 

Yük daşımaları Departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda  vaqonların boşaldılması prosesi gedir.


Xəbərə aid fotolar