AŞ PA həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır


Siyasət 08 Fev 2018 15:42:00 263 0

AŞ PA həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır

Hazırda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır.

Son.az xəbər verir ki, bu barədə məlumatı Trend-ə AŞ PA-nın mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak "Twitter" səhifəsində gözlənilən səfər barədə məlumat vermişdi.

S.Şennak qeyd etmişdi: "Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində