De Xea "Manchester United"in qarşısında şərt qoyub


İdman 08 Fev 2018 15:50:00 321 0

De Xea "Manchester United"in qarşısında şərt qoyub

"Manchester United"in qapıçısı David de Xea yeni müqavilə imzalamaq üçün şərt irəli sürüb. Goal.az xəbər verir ki, ispaniyalı qolkiper həftədə 350 min funt məvacib istəyir. Hazırda De Xeanın məvacibi həftədə 210 min funtdur.

Hazırda Premyer Liqanın ən ödənişli futbolçusu Aleksis Sançezdir. Onun həftəlik qazancı 500 min funtdur. "Qırmızı şeytanlar" 27 yaşlı qapıçının tələbini təmin etsə, De Xea Pol Poqbadan daha çox məvacib alacaq.