Rusiyadan Azərbaycana gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib - VİDEO


Siyasət 08 Fev 2018 15:32:07 266 0

Rusiyadan Azərbaycana gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib - VİDEO

Silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə nail olunub

Azərbaycanla Rusiya arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Azərbaycan ordusunun bölmələrinin silahlanmasına daxil edilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.