Rusiyadan Azərbaycan ərazisi ilə İrana ilk sınaq yük qatarı yola salınıb


İqtisadiyyat 08 Fev 2018 15:37:08 360 0

Rusiyadan Azərbaycan ərazisi ilə İrana ilk sınaq yük qatarı yola salınıb

Gələn ay Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan) - Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan) - Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

“Report” Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, bu gün dəmir yolu marşrutu ilə Rusiyadan gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.

Vaqonların yükü taxta və MDF-dən ibarətdir.

ADY-nin Yük daşımaları departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, hazırda İranın Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.