Matteus: "Borussia" pulları küləyə atıb"


İdman 08 Fev 2018 15:28:00 288 0

Matteus: "Borussia" pulları küləyə atıb"

"Bayern Munich" və Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus "Borussia Dortmund" transfer siyasətini tənqid edib. Goal.az xəbər verir ki, 1990-cı ilin dünya çempionu bunları deyib:

"Yarmolenko bura qədər Usman Dembelenin boşluğunu doldura bilmir. Kaqava, Nuri Şahin və Mario Götze kimi futbolçuları komandaya qaytarmaq düzgün həll yolu deyil. Şürrleyə görə 30 milyon avro ödənilməsini hələ demirəm. Deməli, pullar küləyə atılıb. Komandada uyğun oyun keyfiyyəti və xarakterinə malik futbolçular oynamalıdır. Hazırda "Borussia" futbolçuları meydanda lazımınca anlaşa bilmirlər" .