Dövlət başçısı: "Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır"


Siyasət 08 Fev 2018 14:32:34 353 0

Dövlət başçısı: "Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır"

"Azərbaycanın dostlarının sayı çoxalıb"

“Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır”.

“Report” xəbər verir ki, bunu fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı deyib.

Ölkə başçısı bunu vətəndaş sülhünün aparıcı şərti kimi xarakterizə edib və Azərbaycanın dünyada multikultural ideyaların təbliğində əsas məkan kimi tanındığını bildirib.

Xarici siyasətlə bağlı yürüdülən siyasətin özünü doğrultduğunu, Azərbaycanın dostlarının sayının çoxaldığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, müsəlman aləmində çox böyük dəstək qazanıb, Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb.