"Sen anlat Karadeniz"dəki xəta tamaşaçıların gözündən qaçmadı VİDEO


Digərləri 08 Fev 2018 14:14:00 361 0

"Sen anlat Karadeniz"dəki xəta tamaşaçıların gözündən qaçmadı  VİDEO

ATV kanalında yayımlanan “Sen anlat Karadeniz” serialındakı xətalar bitmək bilmir

ATV kanalında yayımlanan "Sen anlat Karadeniz" serialındakı xətalar bitmək bilmir.

Son.az axşam.az-a istinadən bildirir ki, serialın sonuncu bölümündə Nəfəsin Vedata silah çəkməsi səhnəsi tamaşaçıların haqlı etirazına səbəb olub. Belə ki, həbsdə olan Vedatla görüşən Nəfəs ona gizlətdiyi silahı çəkir.

İzləyicilər sosial şəbəkədə serialdakı bu məntiqsizliyi "Polis bölməsinə silahla necə girə bildi?" sualı ilə ifşa olunub. İstifadəçilərdən bəziləri "Bu qədər də olmaz" deyə etiraz bildiriblər.

Xatırladaq ki, serialda daha əvvəl də bir neçə xəta izləyicilərin gözündən yayınmamışdı.