6 uşaq anası xəstəxananın dəhlizində doğdu FOTO


Digərləri 08 Fev 2018 14:10:00 295 0

6 uşaq anası xəstəxananın dəhlizində doğdu  FOTO

ABŞ-ın Kanzas ştatındakı Rayli şəhərinin sakini, 6 övlad anası Cessika Hoqan ötən ilin iyulunda sonbeşiyini, Maks adlı oğlunu dünyaya gətirmişdi.

Cessika o doğuşun fotolarını indi paylaşıb.

Sən demə, ailənin 6-cı övladı, yeganə oğlu dəhlizdə doğulubmuş.

Son.az BuzFeed-ə istinadən bildirir ki, Maka hamilə olan Cessika gecənin bir aləmində kəskin ağrılar hiss etmişdi. Qadın doğuş ağrılarının başladığını anlamışdı.

Əri Trevis onu Manhettendəki "Via Christi Hospital" aparmışdı.

Səhər saat 3 idi. Trevis hamilə xanımı Cessika ilə hospitalın dəhlizində idilər. Onlar doğuş bölməsinə gedirdilər.

Qəflətən ağrılar kəskinləşib və Cessika doğuşun başladığını anlayıb.