Türkiyə prezidenti: "Bir milyon günahsız insanın qatili ilə nə danışaçağıq?”


Dünya 08 Fev 2018 13:43:13 250 0

Türkiyə prezidenti: "Bir milyon günahsız insanın qatili ilə nə danışaçağıq?”

"İraq və Suriyada qurulan bütün planlar Türkiyəyə qarşıdır"

“Bir milyon günahsız insanın qatili ilə nə danışacağıq?”

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının toplantısında müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun Suriyadakı rejimin başçısı Bəşşar Əsədlə "danışıqlara getmək lazımdır” bəyanatına münasibət bildirərkən deyib. 

“Bunların məntiqi ilə ABŞ, Rusiya, İran, Fransa Suriyada ola bilər, İsrail istədiyi vaxt Suriyada hərbi əməliyyat keçirə bilər, ancaq Türkiyə orada ola bilməz. Suriyadan 700-dən çox raket atılıb. 30 minlik qoşun qurulacaq Suriyaya Türkiyə girə biməz? Bizim üçün Suriya xalqı önəmlidir, Əsəd yox. O, burada terrorçuların yerləşməsinə bais olub. Bizim üçün əsas 3,5 milyon suriyalı qardaşımızın evlərinə getmələrinə yardım etməkdir. İraq və Suriyada qurulan bütün planlar Türkiyəyə qarşıdır. Millətimiz bu böyük oyun və məsuliyyətin fərqindədir. Dedim ki, cənab Tramp terror terrorçu ilə bitməz. Ancaq bizi eşitmədilər. O zaman "siz öz yolunuza, biz də öz yolumuza" dedik", - o vurğulayıb.