Bakıda qadın bacısının evindən 20 min manat oğurladı


Kriminal 08 Fev 2018 13:25:00 224 0

Bakıda qadın bacısının evindən 20 min manat oğurladı

Bakıda qadın bacısının evindən külli miqdarda pul oğurlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda Səkinə Mirzəxanovanın evində baş verib.

Naməlum şəxs evdən 20 min manat və 400 dollar oğurlayıb.

Araşdırma zamanı məlum olub ki, həmin evdən oğurluğu ev sahibinin bacısı 1973-cü il təvəllüdlü Bahar Salahova edib.