Ağdamda yol qəzasında xəsarət alan şəxslərin kimliyi müəyyənləşdi


Digərləri 08 Fev 2018 12:44:00 240 0

Ağdamda yol qəzasında xəsarət alan şəxslərin kimliyi müəyyənləşdi

Ağdamda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib. 

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun İmamqulubəyli kəndində 42  yaşlı Valeh Həsənovun idarə etdiyi "VAZ 2106" markalı, 10 LJ 075 dövlət nömrə nişanlı  maşınla piyada Bəhrəm Hüseynov vurulub. Bundan sonra avtomobil asfaltbasana çırpılıb. Nəticədə sürücü, piyada və maşınındakı sərnişin, 50 yaşlı Məhiyyəddin Əliyev  müxtəlif bədən xəsarəti ilə Ağdam mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. 

Xəstəxanadan APA-ya verilən məlumata görə, 24 yaşlı Bəhrəm Hüseynovun vəziyyəti ağırdır, digər 2 nəfərin vəziyyəti stabildir.