Kapital Bankın yeni Bravo2 filialı istifadəyə verildi


Digərləri 08 Fev 2018 12:00:00 477 0

Kapital Bankın yeni Bravo2 filialı istifadəyə verildi

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni Bravo-2 filialını istifadəyə verdi. Yeni konsepsiya əsasında təqdim edilən filial Bakı şəhəri, Tbilisi prospekti, 3007-ci məhəllədəki Bravo hiper marketdə (20 Yanvar metrosunun yaxınlığında) fəaliyyət göstərir. Filial bazar ertəsi-cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni konsepsiya əsasında təqdim edilən Bravo-2 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Bravo-2 filialının açılışı ilə Kapital Bank 100-cü xidmət nöqtəsini istifadəyə verdi.