İstanbulda Türkiyə, Rusiya və İran prezidentlərinin zirvə toplantısı keçiriləcək


Dünya 08 Fev 2018 11:34:56 352 0

İstanbulda Türkiyə, Rusiya və İran prezidentlərinin zirvə toplantısı keçiriləcək

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” NTV-yə istinadən xəbər verir ki, telefon danışığı zamanı Afrin və İdlib başda olmaqla Suriyadakı son vəziyyət müzakirə edilib.

R.T.Ərdoğanla V.Putin Türkiyə, Rusiya və İran prezidentlərinin İstanbulda zirvə toplantısının keçirilməsini razılaşdırıblar.