Bakıda ictimai nəqliyyatda yeni ödəniş üsulu tətbiq ediləcək


Digərləri 08 Fev 2018 11:10:34 254 0

Bakıda ictimai nəqliyyatda yeni ödəniş üsulu tətbiq ediləcək

Yazda Bakıda ictimai nəqliyyat sərnişinlərinə yeni təmassız ödəniş üsulu təklif ediləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə maliyyə bazarlarındakı mənbədən bildiriblər.

Mənbənin verdiyi məlumata görə, söhbət Bakı metrosu və paytaxt avtobuslarında quraşdırılmış kart-riderlərin interfeysini dəstəkləyən yeni kartlardan gedir.

Kartların balanslarını elektron hesablar və ya ödəniş terminalları vasitəsilə (MilliÖN, eManat, ExpressPay и Easypay) artırmaq mümkün olacaq.