Rusiyada dünya çempionunu öldürməkdə günahlandırılan Anar məhkəmə önündə


Kriminal 08 Fev 2018 10:55:00 295 0

Rusiyada dünya çempionunu öldürməkdə günahlandırılan Anar məhkəmə önündə

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürməkdə günahlandırılan Anar Allahverənovun məhkəməsi başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, A. Allahverənovun vəkili Konstantin Lısenko bildirib ki, hüquqlarını müdafiə elədiyi şəxs özünü günahkar bilmir.

"Anar Allahverənov dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirilir", - deyə vəkil qeyd edib.