BMT-nin baş katibi münaqişə tərəflərini "Olimpiya barışığı"na dəvət edib


Dünya 08 Fev 2018 10:26:10 295 0

BMT-nin baş katibi münaqişə tərəflərini "Olimpiya barışığı"na dəvət edib

Antoniu Quterriş Koreya Respublikasına rəsmi səfər edib

BMT-nin Baş katibi Antoniu Quterriş Koreya Respublikasına rəsmi səfər edib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, səfər zamanı bu ölkənin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək, ardından Pxençxana - XXIII Qış Olimpiya Oyunlarına gedəcək.

Oyunların açılışı ərəfəsində BMT baş katibi "Olimpiya barışığı" ilə bağlı müraciət edib.

"Bütün münaqişə tərəflərini 2018-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı "Olimpiya barışığı"na riayət etməyə çağırıran. Qoy olimpiya məşəlinin işığı insanların həmrəyliyi üçün mayak olsun. Qoy "Olimpiya barışığı" dünyada mədəniyyətin yayılmasına xidmət göstərsin", - A.Quterriş bildirib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Koreya Respublikasının Pxençxan şəhərində keçiriləcək.