"Elə olur ki, evə 1 sutkadan sonra gəlirəm" Pərvin FOTO


Şou-biznes 08 Fev 2018 10:23:00 239 0

"Elə olur ki, evə 1 sutkadan sonra gəlirəm"  Pərvin  FOTO

Ötən gün "5-də 5" verilişinin qonağı Azərbaycanın tanınmış aktrisası Pərvin Abıyeva olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Pərvin verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb. 

O, aparıcı Zaur Kamalın evə gec gəlməsi barədə verdiyi sualı belə şərh edib:

"Elə olur ki, evə 1 sutkadan sonra gəlirəm. Gecə 3-də evə gəldiyim vaxtlar da olub. Hətta 4 sutka yatmadan çalışmışam, çəkilişlərdə olmuşam. 6 ildir ki, həmin binada yaşayıram. Heç qonşularımı tanımıram. Ev mənim deyil? Heç gəlməyə də bilərəm. Bundan başqa, maşınım barədə sual verirsiz. Maşınımın bahalı olması kimə maraqlıdır? Mən kimdənsə soruşuram ki, necə yaşayırsan?"


Xəbərə aid fotolar