Onlarla insanı xilas edən kişinin körpəsi dağıntılar arasında qaldı FOTO


Dünya 08 Fev 2018 10:11:51 391 0

Onlarla insanı xilas edən kişinin körpəsi dağıntılar arasında qaldı  FOTO

Suriyanın Quta vilayətinin bombardman edilməsi nəticəsində 2 gün ərzində 107 mülki vətəndaş ölüb

.

Son.az Milliyet-ə istinadla xəbər verir ki, bombardman edilən ərazidəki yaralıların köməyinə "Ağ dəbilqəlilər" təşkilatının üzvləri çatıblar.

Adıçəkilən təşkilatın üzvü olan Said əl Masri ötən gün bombardman edilən əraziyə gedəndə evinin də dağıldığını görüb. O, 3 aylıq uşağını dağıntıların altından xilas edib, xəstəxanaya apararkən görüntülənib. Lakin körpənin sağ qalıb-qalmaması barədə məlumat yoxdur.