"Zeytun budağı" çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub


Dünya 08 Fev 2018 10:14:00 234 0

"Zeytun budağı" çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmçinin 12 adsız strateji yüksəklik ələ keçirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.