Yoxa çıxan Kamranı qardaşı öldürüb?


Digərləri 08 Fev 2018 09:55:00 246 0

Yoxa çıxan Kamranı qardaşı öldürüb?

Dekabrın 18-i yoxa çıxan Nurullayev Kamranın qətlə yetirildiyi iddiaları artır.

Yoxa çıxan Kamranı qardaşı öldürüb? - Anası yuxuda görüb - ŞOK VİDEO

Son.az xəbər verir ki, "Səni axtarıram"a Kamranın ölümü ilə bağlı gələn xəritə hər kəsi dəhşətə gətirib. Verilişin aparıcısı Azərbaycanda itkin düşən gənclə bağlı bu xəritənin Ukraynadan gəldiyini deyərkən isə hər kəs təəccüblənib.

Aparıcının verdiyi məlumata görə, bu kağız parçasında Kamranın öldürüldüyü yer işarə edilib.

Qeyd edək ki, itkin gənc evlərini satdıqdan sonra ailə üzvlərinə mülkün pulundan verməyib. Onun bu addımı qardaşı Elxanın qəzəbinə səbəb olub. Qardaşlar arasında bu məsələ ilə bağlı dəfələrlə mübahisənin düşdüyünü anası da təsdiq edib. Kamranın anası oğlunun öldürüldüyünü və bunu edənin digər oğlu olduğundan şübhələndiyini efirdə deyib.