YAP-ın qurultayı başlayıb
Siyasət 08 Fev 2018 09:02:39 336 0
Bu, partiyanın VI qurultayıdır
Bakıda, Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçirilir.
“Report”un xəbərinə görə, bu, YAP-ın VI qurultayıdır.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq, habelə, növbədənkənar Prezident seçkilərinə namizəd irəli sürüləcək.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2013-cü ildə keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Mənbə: report.az