SOCAR Baltikyanı ölkələrdən mazutun ən böyük ixracatçısına çevrilir


Digərləri 08 Fev 2018 09:12:00 258 0

SOCAR Baltikyanı ölkələrdən mazutun ən böyük ixracatçısına çevrilir

Azərbaycan dövlət şirkəti SOCAR Baltikyanı limanlardan dünya bazarlarına mazutun ən böyük ixracatçılarından birinə çevrilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarında mənbə bildirib.

Onun sözlərinə görə, yanvar ayı ərzində SOCAR Baltıkyanı limanlardan 320 min ton mazut ixrac edib: "SOCAR Belarus dövlət şirkəti BNK-dan məhsul alır və sonra onu Latviyanın Ventspils və Litvanın Klaypeda şəhərlərindən ixrac edir. Yanvar ayında SOCAR Maltaya Ventspilsdən 120 min ton mazut ixrac edib, Klaypedadan isə 200 min ton".