Venesuelada prezident seçkiləri aprelin 22də keçiriləcək


Dünya 08 Fev 2018 08:43:00 276 0

Venesuelada prezident seçkiləri aprelin 22də keçiriləcək

Venesuelada aprel ayının 22-də prezident seçkiləri keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena deyib.

O qeyd edib ki, bu qərar "Dominikan Respublikasında beynəlxalq vaxitəçilərin iştirakı ilə müzakirə olunan hökumət və iqtidar arasında sülh haqqında razılığın imzalanmadığına baxmayaraq" qəbul olunub.

Qeyd edək ki, yanvarın 23-də Venesuelanın Konstitusiya Assambleyası ölkədə növbəti prezident seçkilərinin aprelin 30-da gec olmayaraq keçirilməsinə dair qərar qəbul edib.