Emin Ağalarov Moskvada yeni radio açır


Digərləri 08 Fev 2018 08:38:00 315 0

Emin Ağalarov Moskvada yeni radio açır

Müğənni və biznesmen Emin Ağalarov Moskvada 100,5 FM tezliyində "Jara FM" adlı radio açır.

Son.az "Report"a istinadən bildirir ki, Ağalarov radiostansiyanı senator Vitali Boqdanovdan satın alıb.

Əvvəl bu tezlikdə "Best FM" radiosu fəaliyyət göstərib. E.Ağalarov bildirib ki, onun "Jara" adlı telekanalı, festivalı var, indi isə radio alıb.

Müğənni həmçinin bildirib ki, "Jara FM" 12-35 yaşlı dinləyicilər üçün nəzərdə tutulub. "Stansiyanı almazdan əvvəl hər şeyi öyrəndim. Son 15 ildə nə satılır və alınıb.